Ölkə

Silahlı Qüvvələrə yardım nə qədər artıb?

1 İyul 2016 19:00
1 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən 1 ay ərzində Silahlı Qüvvələrə Yardım Fonduna köçürülən pul vəsaitinin miqdarı 608 min 998 manat 6 qəpik artıb. 

Milli.Az xəbər verir ki, Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyul 2016-cı il tarixədək ümumilikdə 74.828.198,22 AZN, 212.373,88 ABŞ dolları, 3593,69 avro və 5000,0 rubl vəsait daxil olub.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.