Ölkə

XƏBƏRDARLIQ! Bakının bu ərazilərində su kəsiləcək - FOTO

1 İyul 2016 18:00
0 Şərh     Baxış: 3 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş vermişdir.

"Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb. Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq 01-02 iyul 2016-cı il tarixlərində Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.