Ölkə

"Maşın bazarı"nda yanan milyonlar... - VİDEO

1 İyul 2016 16:27
0 Şərh     Baxış: 3 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam maşın bazarında güclü yanğın olub.

Milli.Az bildirir ki, qafqazinfo-nun əməkdaşları bu gün yanğın baş verən əraziyə gedib.

Məlum olub ki, bazara giriş bağlıdır və polis postları qurulub. Bazarda fəaliyyət göstərən obyekt sahibləri səhərdən burada olduqlarını, içəri isə hissə-hissə buraxıldıqlarını qeyd ediblər.

Sahibkarlar külli-miqdarda ziyana düşdüklərini açıqlayıblar.  

Xatırladaq ki, FHN-in yaydığı məlumatda qeyd olunurdu ki, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 3000 kv.m olan avtomobil ehtiyyat hissələri satışı bazarında mağazaların, piştaxtaların yanar konstruksiyaları və içərisində olan müxtəlif boyalar və avtomobil ehtiyat hissələri 930 kv.m sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Maşın bazarı yanğından sonra

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.