Ölkə

Anamı xilas edin... - FOTO

1 İyul 2016 15:20
10 Şərh     Baxış: 3 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtdan Zülfüqar Həsənquliyev adlı gənc Milli.Az-a müraciət edərək anasının həyatının xilas edilməsi üçün kömək istəyib. "Anam Arzu Həsənquliyevanın cəmi 49 yaşı var, 1967 -ci təvəllüdlüdür. 2012-ci ildən xərçəng xəstəliyinə tutulub. O vaxtdan 4 ildir ki, onun həyatı uğrunda mübarizə aparılır.

Xahiş edirəm, kömək edin. Kömək edin, çarəsizik. Anamın xərçəng xəstəliyinə tutulması bizi məhv elədi. O, 28.08.2012-ci ildə əməliyyat olundu. 2013-cu ilin yanvar ayından baslayaraq ATU-nun onokoloji klinikasinda fasilələlərlə 2015-ci ilin iyun ayına qədər 4-5 dəfə kimyaterapiya aldı. Amma ümumilikdə bu vaxta kimi 14 kimyaterapiya alıb. Nətəcədə isə heç bir dəyişiklik olmadı. Əməliyyat, xəstəxanalara gedib-gəlməyə, müalicələrə cox xərcimiz çıxdı. 2015-ci ildə dayımın maddi koməyi ilə İrana, Tehran şəhərinə getdik. Orada hospitalda bir kurs kimyaterapiya aldı. Onun effekti oldu. Lakin çox bahdır. Bir kurs kimyaterapiya üçün 2700 dollar elə təkcə dərmanlara verdik. Ümumilikdə 6 min dollara yaxın pulumuz çıxdı. Amma ikinci kurs üçün pulumuz qalmadı. Nəticədə xeyli vaxt itirdik, xəstəlik də inkişaf elədi. Bizə müalicə üçün ümumilikdə 20 min dollar pul lazım idi. Amma həmin məbləği tapa bilmədik. Bəzilərinin yardımı ilə açdığımız bank hesabına 2 min manat yığıldı. Onun da üstünə müəyyən qədər qoyub yenidən İrana gedib mayın 6-dan anama kimyaterapiya elədik. İyun ayının 7-də isə artıq 3-cü kurs mülaciəni qəbul etməlidir. Həkimlər deyir ki, anam 7-8 kurs kimyaterapiya olandan sonra əməliyyat olunmalıdır. Buna da 11 min manat pul lazımdır. Düzdür, biz də övad olaraq əlimizdən gələni edirik, amma bu yetərli deyil. Ona görə əziz həmvətənlərimdən xahiş edirəm ki, anamı həyatda saxlamaq üçün yardım əlini uzatsınlar.
Çox xahiş edirəm, Allah xatirinə əl tutun. Anamın həyatı təhlükədədir. Hər kəsi dünyaya bir ana gətirib. İnşəAllah mənim də vəziyyətimi anlayışla qarşılayıb köməklik edərsiniz".

Zülfüqarın sözlərinə görə, ödənişi bu yolla həyata keçirmək olar:

"Ödəniş etmək üçün "MilliÖn" aparatlarından "Bank" bölməsinə keçib, daha sonra Demir/Bank seçmək lazımdır.

Hesab nömrəsi: 110012558

Daha sonra əlaqə nömrəsi istəyir. Ora mənim əlaqə nömrəmi 055-271-14-71 qeyd edirsiz. Daha sonra təkrar hesab nömrəsini təsdiq edib ödəniş etmək olar".

Pünhan Mirzə
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.