Ölkə

Məhkəmə Akif Çovdarova "YOX" dedi

1 İyul 2016 11:54
1 Şərh     Baxış: 1 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun apellyasiya şikayətinə baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Səbail Rayon Məhkəməsinin A. Çovdarovun və digərlərinin həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib.
 
Şikayət həmin qərardan verilib.
 
A. Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.