Ölkə

Mənzilə maskalı basqın: qadını hədələyib pullarını apardılar

1 İyul 2016 10:42
1 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonunda yaşayış evinə basqın edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini Asiya Baloğlanovanın evinə 3 nəfər maskalı şəxs basqın edib. Onlar ev sahibini hədələyərək, pul və məişət əşyaları aparıblar. 

Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsinə məlumat verilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Abasov tutulub. 

Elnur Abasovla birlikdə cinayəti törədən iki həmyerlisi də müəyyən edilib. Onların da tutulması üçün tədbirlər görülür. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.