Ölkə

Minik avtomobili traktorla toqquşdu

1 İyul 2016 09:48
0 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda avtomobil traktorla toqquşub, iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, iyunun 30-da axşam saatlarında Sabirabad rayonunun Osmanlı kəndi ərazisində rayon sakini, 1960-cı il təvəllüdlü Salahov Əsgər Güləhməd oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 10 PX 121 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən traktora çırpılıb.
 
Nəticədə avtomobildə olan sərnişinlər - 1958-ci il təvəllüdlü Məmmədov Ramil Kazım oğlu damarın kəsilməsi və 1948-ci il təvəllüdlü Qəhrəmanov Sarı Qəhrəman oğlu bazu sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aprılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.