Ölkə

"Bakı çimərliklərindən qeyri-qanuni qum daşınır"

30 İyun 2016 18:57
2 Şərh     Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çimərliklərdən qumun qeyri-qanuni aparılması ilə bağlı faktlar var və biz buna qarşı mübarizə aparırıq.

Milli.Az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun sözlərinə görə, qeyri-qanuni qum daşınması faktı təkcə çimərliklərdə yox, bağ ərazilərində də aşkarlanır: "Təsəvvür edin, kimsə gəlir ki, bağdan qumu daşıyıb aparır. Yaxud kimsə öz bağından qumu satır. Halbuki, bağın üstü ona məxsusdur, yerin təki yox. İlk növbədə, hər şeyə sahibi cavabdehdir. Bələdiyyə torpağında belə faktlar varsa, onlar zəhmət çəkib insanların adından ərazinin qayğısına qalmalıdırlar".

Nazir əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının bu ilin ötən dövrü ərzində apardığı nəzarət tədbirləri zamanı çimərlik zonalarından və digər ərazilərdən qanunsuz qum daşınması ilə bağlı 58 fakt aşkar edilib, həmin faktlarla bağlı 51 şəxsə 53400 manat inzibati qaydada cərimə və təbiətə vurduqları 22100 manat ziyan tətbiq edilib. Tədbir görülməsi üçün 7 qanun pozuntusu faktı üzrə hüquq mühafizə orqanlarına müraciət edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.