Ölkə

Bakı - Lənkəran sərnişin avtobusu QƏZAYA UĞRADI: yaralılar var - FOTO

30 İyun 2016 17:56
0 Şərh     Baxış: 1 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı - Lənkəran sərnişin avtobusu qəzaya düşüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. 

Bakı şəhər sakini Şahpələng Qasımov idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən Salyanın Qırxçıraq kənd sakini, 51 yaşlı Fərhad Fazil oğlu Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobili ilə toqquşub. 

Nəticədə avtobusun sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. "VAZ-21011" markalı avtomobil isə deformasiyaya uğrayıb, sürcü ağır bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.