Ölkə

DƏHŞƏTLİ qəza - Ölən və yaralılar var - YENİLƏNİB - FOTO

30 İyun 2016 17:47
3 Şərh     Baxış: 3 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:47

Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın verdiyi məlumata görə, xəsarət alanların Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Fərhad Həsənov, 1987-ci il təvəllüdlü Çingiz Hacıyev, Quba rayonunun Nərimanabad kənd sakinləri - 1951-ci il təvəllüdlü Səkinə Əzizova, 4 yaşlı Nərmin Əzizova, 9 yaşlı Amil Aslanov, 2002-ci il təvəllüdlü Əziz Əzizov və 1939-cu il təvəllüdlü Nazim Əzizov olduğu açıqlanıb.

Qəzada ölənin isə Vahid adlı şəxs olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

-----------

17:10

Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, qəza bu gün saat 16:10-da Quba-İspik yolunun 1.5-ci kilometrliyində qeydə alınıb.

Sürücüsünün ad və soyadı istintaqla hələlik müəyyən edilməyən "Qazel" markalı yük avtomobili qarşıdan gələn BMW markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə yaralı var.

Hazırda əraziyə təcili yardım maşınları cəlb edilib, ölən və yaralananların adları dəqiqləşdirilir.

Qəza ilə bağlı əlavə məlumat veriləcək...

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DƏHŞƏTLİ qəza - Ölən və yaralılar var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.