Ölkə

Nazir: "Vətəndaşlar tikintiyə mane olmaq üçün ağac əkirlər”

30 İyun 2016 17:19
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda meşə yanğınları çox az baş verir. Ölkəmizdə baş verən yanğınlar meşə yanğını deyil, yol kənarındakı bəzi yaşıllıqların yanmasıdır. Bu da Meşə fonduna, nazirliyin balansına aid deyil.

Milli.Az bildirir ki, bunu report-a açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yol kənarlarında da mütəmadi yaşıllaşdırma işləri aparır: "Biz çalışırıq ki, yol kənarlarında yaşıllıqlar salaq. Bu yaşıllıqları yaradarkən icra hakimiyyətindən sərəncam alırıq. Sərəncamla bu, bizə təhkim olunur. Biz bunu kiminsə torpağına girməmək üçün edirik. Düzdür, bəzən vətəndaşlara məxsus ərazilərdə də bu işləri görürük. Onlara deyirik ki, yaşıllaşdırma işlərini görüb gedəcəyik, amma sizin ağacları kəsmək ixtiyarınız yoxdur. Nəzərə alın ki, boz torpaqdır, onun yaşıllaşdırılmasına ehtiyac var".

Nazir vurğulayıb ki, Azərbaycanda yaşıllıqlar yüksək səviyyədə qorunur: "Ağaclar o dərəcə qorunur ki, vətəndaşlar hansısa ərazidə tikintiyə mane olmaq üçün ağac əkirlər. Yəni, onlar bilirlər ki, ağac kəsənlər cəzalandırılır".

H.Bağırov qeyd edib ki, vətəndaşlar da ağacları qorumalıdırlar: "Elə insanlar var ki, ağacları məhv edir. Siqaretin kötüyünü söndürməmiş yaşıllığa atırlar, bunun nəticəsində də yanğın baş verir. Nazirlik butun qarşısını almağa çalışır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.