Ölkə

Müğənnilər xalq artistinin cavabını VERDİ: "Allah onun..."

30 İyun 2016 16:11
19 Şərh     Baxış: 19 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Yalçın Rzazadənin şou-biznesə aid olan müğənnilərdən hər zaman uzaq olduğunu, hətta onları tanımadığını bəyan etməsi, xüsusilə Nadir Qafarzadə, Manaf AğayevRöya haqqında fikirləri qarşı tərəfi çaş-baş salıb.

Milli.Az xəbər xəbər verir ki, publika.az-a danışan Nadir Qafarzadə yaşlı həmkarının onu tanımaması barədə açıqlamasından təəccüblənib. Hətta bir neçə dəfə, "doğrudan, mənim adımı çəkdi?" deyə soruşub. Xalq artistinin bu sözlərindən incik düşdüyü açıq-aydın hiss olunan Nadirin cavabı qısa və konkret olub: "Allah canını sağ eləsin. Görünür, ona yaxşı hörmət qoymuşam, indi də bu hörmətin qarşılığında məni tanımır. Bütün məclislərdə məni görüb də, danışıb da. Bu da hörmətimin qarşılığı, heç nə demirəm. Daha sözüm yoxdur".

Müğənni Manaf Ağayevin isə Yalçın Rzazadəninin onu tanımamasına reaksiyası belə olub: "Dəqiq tanımadı? Lap elə dedi ki, Manaf Ağayevi tanımıram. Hə, nə olsun, kişi deyibsə, tanımıram, demək ki, tanımır da. Ağsaqqal adamdır, yəqin tanımır. Məni rəhmətlik Habil Əliyev tanıyırdı, Yalçın Rzazadə tanımırsa, tanımasın. İkincisi də o deyib ki, şou-biznesdə olan adamları tanımır. Mən özümü şou-biznesə aid eləmirəm. Çıxıram efirə, dəvət aldığım verilişdə çıxış edirəm, oradan da gedib toylarımı oxuyuram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.