Ölkə

Azərbaycanlı xanım müğənni: "Bu qiymətə lüt soyunaram" - FOTO

30 İyun 2016 15:51
34 Şərh     Baxış: 13 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı müğənni Afaq Aslan Türkiyədə həyata keçirəcəyi layihə üçün foto-kameralar önünə keçib.

Milli.Az bildirir ki, lent.az-a açıqlama verən ifaçı deyib ki, yeni fotosessiyasına görə onu qınayanlar çox olacaq: "Artıq mənim müğənniliklə bağlı bütün işlərimi Türkiyədə olan şirkət həyata keçirəcək. Bütün detallar danışılıb. Buna görə də yeni, fərqli, dünya ulduzlarının fotosessiyalarına uyğun nəsə etdirməli idim. Bu obraza, şəkillərə görə məni tənqid edənlər çox olacaq. Amma mən bu tənqidlərə önəm vermirəm. İndi bir çox "ağzı göyçəklər" deyəcəklər ki, "Afaq soyundu".

Artıq bu tip başlıqlardan da təngə gəlmişəm. Şou aləmində məndən də açıq geyinən müğənnilər var. Amma mən qısa bir libas geyinən kimi deyirlər ki, soyundu. Mən dəli deyiləm ki, soyunam? Əslində, dünya ulduzları kiməsə yardım etmək və sosial layihədə iştirak etmək üçün böyük məbləğ müqabilində lüt şəkillər çəkdirirlər. Əgər Azərbaycanda da belə bir layihə olsa, 1 milyon versələr, lüt soyunaram. Burada pis nəsə yoxdur. Yəni əgər soyunası olsam da, Azərbaycan estradasında lüt soyunacaq ilk müğənni mən olmayacam".

Qeyd edək ki, A.Aslanın fotolarını fotoqraf Toğrul Abbasov çəkib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.