Ölkə

Azərbaycanda silah alveri ilə məşğul olan qrup tutuldu

30 İyun 2016 15:15
0 Şərh     Baxış: 1 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda silah alveri ilə məşğul olan qrup zərərsizləşdirilib.

Milli.Az DİN-ə istinadən bildirir ki, daxil olmuş məlumat əsasında Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Hümmətovun və Səbuhi Abulhəmidovun Gürcüstan vətəndaşı Tengiz adlı şəxsə 1300 manata satmaq məqsədilə içərisində 1 ədəd avtomat, patron və patron darağı olan qutunu Bakı şəhərinə göndərmək üçün həmyerliləri Elşən Məhərrəmova vermələri müəyyən edilib.
 
Görülmüş tədbirlərlə C.Hümmətov, S.Abulhəmidov və E.Məhərrəmov saxlanılıblar. E.Məhərrəmov izahatında qeyd edilən qutunu Bakı şəhərinə aparması üçün həmyerlisi Elşən Göyüşova verdiyini bildirib.
 
İyunun 29-da E.Göyüşovun idarə etdiyi "Mercedes" markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qobustan rayonu ərazisində saxlanılıb və araşdırmalar aparılması üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı içərisində 1 ədəd "АКSU" markalı silah, 24 ədəd patron və 1 ədəd patron darağı olan qutu aşkar edilib.
 
S.Abulhəmidovun Şəki şəhərində evinə baxış zamanı 1 ədəd "F-1" qumbarası aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.