Ölkə

Xaçmazda polis əməkdaşının meyidi tapıldı

30 İyun 2016 11:40
3 Şərh     Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunda kişi meyidi tapılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, meyit rayonun Mehrəliqışlaq kəndi ərazisində meyvə bağlarından birində aşkar edilib. Dərhal məlumat daxil olan hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçirib və ölən şəxsin Daxili İşlər Nazirliyinin xüsusi əhəmiyyətli obyektlərin qorunması idarəsinin əməkdaşı olduğu məlub. 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib və ilkin araşdırmalar zamanı onun üzərində heç bir fiziki xəsarət aşkar edilməyib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Ölən polis əməkdaşının meyidi tapılan ərazinin onun özünə məxsus olduğu bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.