Ölkə

Metrodakı problemin səbəbi bəlli oldu

30 İyun 2016 11:19
1 Şərh     Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, iyunun 29-da Bakı metrosunun bəzi stansiyalarına girişdə problem yaranıb. Şahidlərin sözlərinə görə, təxminən saat 18:30 radələrində turniketlər xarab olub və sərnişinlər platformalara daxil olmaqda bir müddət çətinliklə üzləşiblər. Pik vaxtı olduğundan insanların çoxluğu girişdə sıxlığa və narahatlığa səbəb olub.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev problemin nədən qaynaqlandığını belə açıqlayıb:

"Turniketlərin işləməməsi problemi eyni anda metronun bütün stansiyalarında yaşanıb.  Bu, təxminən heç cəmi 1 dəqiqə də çəkməyib. Sadəcə həmin vaxt adam çox olduğundan girişdə sıxlıq yaranıb. Buna səbəb isə şəbəkədə yaranmış problem olub. Lakin mütəxəssislərimizin dərhal müdaxiləsindən sonra problem ən qısa müddətdə həllini tapıb".

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.