Ölkə

"Avtobus cibgirləri"nə höhm oxundu

29 İyun 2016 17:50
1 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Zülfüqar Qədirov Rüfət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmənin hökmü ilə Z.Qədirov 6 il, R.Hüseynov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Binəqədi şosesi, dön 1 ünvanında 192 saylı xətt avtobusunda 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Telman Qasımzadənin cibindən 300 manatını oğurlayıb. 

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin komendant bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri - 1976-cı il təvəllüdlü Rüfət Hüseynov və 1980-ci il təvəllüdlü Zülfüqar Qədirov tutulub. Saxlanılan şəxslərin hər ikisi eyni əmələ görə, əvvəllərdə məhkumluq həyatı yaşayıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.