Ölkə

Bakıda çay evində dava düşdü: iki nəfər yaralandı

29 İyun 2016 14:46
3 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, Ə.Əlizadə küçəsində yerləşən çay evində naməlum şəxs xuliqanlıq zəminində 26 yaşlı Tural Məmmədova bıçaqla xəsarət yetirib.
T.Məmmədovun qohumu olan Rövşən adlı şəxs isə həmin çay evində işləyən 38 yaşlı Ruhəngiz Abbasovaya balta ilə hər iki qolundan kəsici xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya aparılıb. R.Abbasova xəstəxanadan evə buraxılıb. T.Məmmədovun isə vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.