Ölkə

Ağdaşda "vahimə" davam edir

29 İyun 2016 13:03
9 Şərh     Baxış: 3 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş rayonunun Qoşaqovaq kəndində gecə saatlarında naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi, onları qorxuya salması ilə bağlı məlumatlar yayılsa da, hələlik heç bir fakta rast gəlinməyib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Ağdaş rayon icra başçısının müavini Qalib Həsənov məlumat verib.

Qurum rəsmisi deyib ki, hazırda polis əməkdaşları, icra və bələdiyyə nümayəndələri bu məsələ ilə bağlı kənddə araşdırmalarını davam etdirirlər: "Hələ ki heç bir fakt aşkar edilməyib. Kimsə belə bir hadisənin olmasını deyir, amma real fakt yoxdur".

Qeyd edək ki, Ağdaşın Qoşaqovaq kəndində 2 metr uzunluğunda ağ geyimli naməlum məxluqların gecə saatlarında sakinlərin həyətlərinə girməsi, evləri daşa basması, insanları qorxuya salması kimi iddialar səsləndirilir.

Daxili İşlər Nazirliyindən Ağdaşın Qoşaqovaq kəndində guya naməlum varlıqların peyda olması, buna görə də polis əməkdaşlarının kənddə əməliyyat apardığı, giriş-çıxışlarda postlar qurulduğu barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Ağdaşın Qoşaqovaq kəndinin polis nəzarətinə götürülməsi, orada postların qurulması və hansısa əməliyyatın keçirilməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.

Onun sözlərinə görə, reallığı əks etdirmədiyi əvvəlcədən də bəlli olan informasiyaların yayılması özlüyündə ciddi suallar doğurur: "Sözügedən kənd də daxil olmaqla Ağdaş rayon sakinlərindən heç kim xəsarət yetirilməsi, evindən oğurluq edilməsi və ya təhlükəsizliyinin təmin olunması ilə bağlı indiyədək rayon Polis Şöbəsinə və ya DİN-in "102" Zəng Xidmətinə müraciət etməyib. Bəzi kənd sakinlərinin gözlərinə guya hansısa məxluqların və ya şəxslərin görünməsi barədə yayılan söz-söhbətlər isə dedi-qodudan və şayiədən başqa bir şey deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.