Ölkə

Flora Kərimova Teymur Əmrahı HƏDƏLƏDİ: "Özünü yığışdırmasan…"

29 İyun 2016 11:45
17 Şərh     Baxış: 3 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Flora Kərimova ilə həmkarı Teymur Əmrah arasında qalmaqal yenidən qızışıb. Belə getsə, tərəflər məhkəmədə qarşılaşmalı olacaqlar.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən xalq artisti belə deyib: "Teymur Əmrah, aç qulağını, eşit, mənim kolum sənin girəcəyin kol deyil. Mənim tərəzim sənin tərəzin deyil. Bəsdir, onu-bunu öyrədib, sosial şəbəkədə mənə şər, böhtanlar atdırmağın. Sən məni öldürməyə hazırsan. Amma mən özümə arxayınam və bu hərəkətlərinə son qoymasan, səninlə başqa cür danışacam. Onun oriyentasiyası ilə bağlı camaat arasında söz-söhbət gəzir. Bax, ona deyirəm ki, əgər mənə qarşı şər, böhtanı dayandırmasan, səni məhz oriyentasiyana görə ekspertizaya göndərəcəm. Əgər getməsən, demək ki, boynuna almış olacaqsan. Getməyə də bilər, bu, onun şəxsi işidir. Getsə də, biabır olacaq".
 
Flora Kərimova ömrünün sonuna qədər Teymur Əmrahla barışmayacağını da bildirib: "İlhamə Quliyeva düz beş il mənə yalvardı ki, gəl barışaq. Amma mən barışmadım. Teymur Əmrah da barışıq sözünü dilinə gətirməsin, heç vaxt məni təhqir edən, şərləyən adamı bağışlamaram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.