Ölkə

Nazirdən universitet rəhbərliyinə təyinat

28 İyun 2016 18:12
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi təyin olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə universitetin rektor müavini Eldar Aslanov rektor əvəzi təyin edilib.
 
E.Aslanov APA-ya xəbəri təsdiqləyərək bildirib ki, növbəti təyinata kimi rektorun səlahiyyətlərini icra edəcək.
 
Qeyd edək ki, Cəfər Cəfərov bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.