Ölkə

DİQQƏT! Satışda saxta dəniz məhsulları var- FOTO

28 İyun 2016 17:48
8 Şərh     Baxış: 2 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada elə məhsul yoxdur ki, onun saxtası olmasın. Geyimdən tutmuş, qidalara qədər hər bir məhsul saxtalaşdırılır. Bunun da əsas səbəbi əmək sərf etmədən daha böyük pullar qazanmaq arzusudur. Ən böyük, tanınmış supermarketlərin vitirinlərini yaxşı qablaşdırılmız və etiketlənmiş şəkildə saxta məhsullar bəzəyir.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu gün marketlərdə saxtalaşdırılmış dəniz məhsulları daha çoxdur. Xüsusilə onayaqlı dəniz xərçəngi (krab) və xırda dəniz xərçəngi (krevet) saxtalaşdırılan məhsullar arasında birinci yerdədir.
 
Məsələn, qablaşdırılmış qutularda krab çubuqları, əslində, rənglənmiş balıq qiyməsidir. Yəni marketlərdə satılan krab çöplərinin hazırlanmasında bir krab da "xəsarət" almayıb.
 
Bundan əlavə Çin sənayesində "elit sinfə" aid olan ucuz krevetlər istehsal edilir. Ucuz krevetlərə Norveç kreveti görüntüsü vermək üçün onu boyada bişirirlər. Bəzən boyanı gücləndirmək və qalıcı etmək məqsədilə krevetlər natrium turşusunda isladılır. Yeri gəlmişkən, natrium turşusu həm də məhsulun çəkisini artırır.
 
Bir sıra hallarda isə krevetlər açıq havada zəmiyə sərilir 5 gün qurudulur. Daha sonra qablaşdırılmaya göndərilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.