Ölkə

Ağdaşda "qəribə məxluq" xofu - Jurnalistlər kəndə axışdı - VİDEO

28 İyun 2016 17:15
13 Şərh     Baxış: 25 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər Ağdaş rayon Qoşaqovaq kəndində baş verən olaylar, ölkə mediasında, sosial şəbəklərdə hər kəsin marağına və təəccübünə səbəb olub. Kənd sakinləri qorxu və təlaş içindədir.

Milli.Az xeberoxu.com-a istinadən bildirir ki, jurnalistlər gecədən səhərədək adıçəkilən kənddə olaraq, baş verən hadisələri lentə ala biliblər. Kənd sakinlərinin hər şeyin gecə baş verdiyini iddia etməsi səbəbindən jurnalistlər də həmin vaxtı gözləyiblər. Başlanğıcda rayon mərkəzindən xeyli aralıda olan Qoşaqovaq kəndində sakitlik höküm sürüb. Ancaq kəndin mərkəzində, polislərin və sakinlərin cəmləşdiyi əraziyə çatdıqdan bir neçə dəqiqə sonra naməlum kimsənin həyətlərin birində peyda olduğu xəbəri gəlib.

Qoşaqovaq kənd bələdiyyə sədri isə deyir ki, gecələr, həqiqətən də, kənddə gəzən var. Ancaq bu, hansısa başqa məxluq yox, insandır. Kəndin bələdiyyə sədri Cəbrayıl Həşimovun sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Bununla belə sakinlər narahatdır. Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları və sakinlər naməlum şəxs və şəxslərin tutulması üçün kəndin müxtəlif ərazilərində axtarış  aparır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ağdaşın kəndində qəribə məxluqun göründüyü anlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.