Ölkə

Dövlət qulluqçularının maaşı AÇIQLANDI

28 İyun 2016 16:40
2 Şərh     Baxış: 6 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub və onların 29,2%-ni qadınlar təşkil edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dövlət qulluqçularının 3,9%-i inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,4%-i 4-7-ci təsnifatları üzrə və 20,7%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib. 

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1%-i yerli icra başçısının müavinləri, 14,9%-i şöbə müdirləri, 11,2%-i şöbə müdirinin müavinləri, 8,5%-i sektor müdirləri, 26,6%-i baş məsləhətçilər, 4,8%-i böyük məsləhətçilər, 12,5%-i aparıcı məsləhətçilər və 20,4%-i məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,7% komplektləşdirilib. 

Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2015-ci ildə 611,9 manat təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.