Ölkə

Bakıda qəbiristanlıq yanır - FOTO

28 İyun 2016 16:08
1 Şərh     Baxış: 1 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səbail rayonu ərazisində, Bibiheybət qəbiristanlığında yanğın baş verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, yanğın qəbiristanlıqdakı quru otlardan başlayıb. 

Yanğın 2000 kv. metr ərazini əhatə edib. Məzarlar üçün təhlükə yaranıb. 
 
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün tədbirlər görülür. Yaxınlıqda yerləşən evlərə alov keçməməsi üçün dağın ətəyindən quru otun üzərinə qum tökülüb.
 
İlkin ehtimala görə, yanğına quru otun üzərinə siqaret atılması səbəb olub. Yanğının səbəbi dəqiqləşdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.