Ölkə

Qazaxda tapılan kişi meyitinin kimliyi məlum oldu - YENİLƏNİB

28 İyun 2016 18:13
2 Şərh     Baxış: 1 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:13

Qazax rayonunda tapılan naməlum kişi meyitinin kimliyi müəyyən edilib. 

Report-un məlumatına görə, meyit rayonun Kosallar kənd sakini, 33 yaşlı İmamverdi Hüseynova məxsus olub. Onun hansı şəraitdə, kim və ya kimlər tərəfindən öldürüldüyü məlum deyil.

----------

15:32

Qazax rayonunda naməlum kişi meyiti tapılıb.

Milli.Az report-a istinadən bildirir ki, meyit rayonun Canallı-Kosallar yolunun yaxınlığında aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax Rayon Şöbəsinə aparılıb, hələlik onun ölümünün səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.