Ölkə

Zaqatala xəstəxanasındakı faciəylə bağlı baş həkimdən AÇIQLAMA

28 İyun 2016 14:58
5 Şərh     Baxış: 2 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala Rayon Mərkəzi Xəstəxanası əməliyyatdan sonra dünyasını dəyişən uşaq barəsində yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az bildirir ki, xəstəxananın baş həkimi Leyla Seyidəhmədova oxu.az-a faktı təsdiqləyərək deyib ki, belə bir hadisə iyunun 24-də baş verib.

Onun sözlərinə görə, iyunun 22-si saat 17:40 radələrində valideynləri uşağı xəstəxanaya gətiriblər:

"Uşaqda kəskin qarın ağrısı əlamətləri olub. Körpə xəstəxanada müayinə edilib, xəstəyə bağırsaq keçirməzliyi, bağırsaq imoqenaziyası diaqnozu qoyulub. Yüksək riskləri nəzərə alaraq uşağın valideynlərinə bildirilib ki, əməliyyat çox ağırdır. Bununla əlaqədar onlardan yazılı razılıq alınıb. Növbəti gün uşaq əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb.

Həkimlərin səylərinə baxmayaraq, əmliyyatdan sonrası gün, iyunun 24-ü uşaq tənəffüs çatışmazlığından vəfat edib". 

Baş həkim bildirib ki, uşağın valideynləri ilə həkimlər arasında mübahisə düşüb, hətta xəstəxanaya polis çağırılıb.

"Onlar həkimlərə qarşı nalayiq ifadələrdən istifadə ediblər", - deyə L.Seyidəhmədova qeyd edib.

O həmçinin həkimlərin xəstəxanadan qaçdığı barədə yayılan məlumatları təkzib edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.