Ölkə

Dövlət Komitəsi: "Bizdə problem yoxdur"

28 İyun 2016 13:07
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan-Rusiya sərhədində yüngül minik nəqliyyat vasitələrinin buraxılışı ilə bağlı problem müşahidə olunmur".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) deyiblər.

Komitədən bildiriblər ki, hazırda sərhəddə avtomobil nəqliyyatı vasitələrinin buraxılışı ilə bağlı heç bir problem müşahidə olunmur: "Ötən gün Rusiya tərəfdən yaranmış texniki problem qısa müddət ərzində aradan qaldırılıb".

Qeyd edək ki, Rusiya KİV-in şahidlərə istinadən verdiyi məlumata görə, ötən gün Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində kompüter şəbəkəsində yaranmış nasazlıq səbəbindən avtomobillərin növbəsi yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.