Ölkə

Həyətlərə girən naməlum məxluqlar haqda İH-dən yekun AÇIQLAMA

28 İyun 2016 12:04
13 Şərh     Baxış: 26 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ağdaşın Qoşaqovaq kəndində gecə saatlarında naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi, onları qorxuya salması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Milli.Az bildirir ki, bu fikirləri aznews.az-a açıqlamasında Ağdaş Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov deyib. Onun sözlərinə görə, naməlum məxluqların kənddə sakinlərin həyətlərinə girməsi ilə bağlı hər hansı bir fakt qeydə alınmayıb: "İnzibati orqanların birlikdə məşğul olduğu hadisəni araşdırıb rəsmiləşdirdik. Ortalıqda heç bir fakt yoxdur. Faktsız bir hadisə isə sadəcə uydurmadır. Gözəgörünməz məxluq yoxdur. Həmin kəndin sakinləri dindiriliblər, ortada nə oğurluq var, nə də dələduzluq. Üstəlik heç kimə də zərər yetirilməyib".

Qeyd edək ki, bir həftədən yuxarıdır ki, Ağdaşın Qoşaqovaq kəndində 2 metr uzunluğunda ağ geyimli naməlum məxluqların gecə saatlarında sakinlərin həyətlərinə girməsi, evləri daşa basması, insanları qorxuya salması kimi iddialar səsləndirilir. Bəzi iddialarda isə həyətlərə girən şəxsin qara paltarlı, uzun saqqallı biri olduğu bildirilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.