Ölkə

Polis Ağdaşın Qoşaqovaq kəndini nəzarətə götürdü: postlar qurulub

28 İyun 2016 10:37
6 Şərh     Baxış: 2 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qoşaqovaq kəndini nəzarətə götürüblər, kənd ərazisində polis postları qurulub.

Milli.Az bildirir ki, bu barədə report-a kənd bələdiyyəsinin sədri Cəbrayıl Həşimov məlumat verib.
Bələdiyyə sədri bildirib ki, kənd ərazisinə axşam saatlarında giriş-çıxış polis tərəfindən məhdudlaşdırılıb: "Həqiqətən gecələr kənddə gəzən var. Ancaq bu, hansısa məxluq yox, adı insandır. İndiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Sakinlərin gözünə görünən bu insan təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır".
Kənd sakini İlham Eyyubovun sözlərinə görə, müxtəlif boyda və görkəmdə olan şəxslər gecə saat 12-dən 4-ə qədər kənd ərazisində gəzirlər: "Dəfələrlə onları tutmaq istəmişik. Lakin onlar bizim keçə bilmədiyimiz tikanlı məftillərin, hündür hasarların üstündən asanlıqla keçib qaça bilirlər".
Baş verən hadisə ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları naməlum şəxs və ya şəxslrin tutulması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.