Ölkə

"Sovetski"də GÜCLÜ YANĞIN - YENİLƏNİB - VİDEO - FOTO

27 İyun 2016 13:32
11 Şərh     Baxış: 7 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:32

Hadisə yerində olan Milli.Az-ın müxbiri xəbər verir ki, yanğın boş ərazidə baş verib. Naməlum şəxslər tərəfindən 60 kv.m-lik sahədə, təkər sexində təkərlər və əraziyə yığılan zibil yandırılıb. Yanğın nəticəsində ətrafda olan bir evə ziyan dəyib, onun dam örtüyü yanıb.

Bundan başqa yanğın nəticəsində "Mercedes" markalı avtomobilin sol hissəsi əriyib. Hadisə yerinə 3 yanğınsöndürən maşın gəlib. Yanğın söndürülüb, xəsarət alan yoxdur. 

----------

13:08

Bakıda "Sovetski" adlanan ərazidə yanğın başlayıb.

Trend-in məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə" kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.

----------

13:00

Bakıda "Sovetski" adlanan ərazidə, Nəriman Nərimanov prospektində yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.

Ceyhun Ələkbərov
Milli.Az

----------

13:24

Videoları izləmək üçün şəkillərə klikləyin:

Foto: Trend, Ceyhun Ələkbərov

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.