Ölkə

Şəbnəm Tovuzlu həm də icra başçısı ilə sevgili imiş - QALMAQAL BÖYÜYÜR

27 İyun 2016 13:02
31 Şərh     Baxış: 20 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət öncə mətbuatda adı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla hallanan Şəbnəm Əsədova (Tovuzlu) haqda saytımızda ilginc hesab ediləcək məlumatlar dərc edilmişdi.

Məlum olmuşdu ki, Əsədova bir müddət öncə Çovdarovun yaxın dostu olan Famil adlı şəxsin sifarişiylə saxlanılıb.

Araşdırmalarımız zamanı o da məlum olub ki, bu şəxs uzun müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından belə bir addım atıb.

Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb.

Milli.Az bidirir ki, ölkə.az-a daxil olan məlumatda deyilir ki, Sonradan Əsədova Famil adlı şəxsə "ağıllandığı" barədə xəbər göndərib və məhz bundan sonra Çovdarovun tapşırığıyla sərbəst buraxılıb.

Bu xəbərlərdən dərhal sonra Şəbnəm Tovuzlu ilə bağlı daha bir şok məlumat 7news.az saytının redaksiyasına daxil olub. Məlumatda deyilir ki, Şəbnəm Tovuzlu rayonların birinin icra başçısı ilə sevgili olub. Daxil olan məlumatda o da qeyd olunur ki, bu icra başçısı əvvələr musiqiçi olub, toylarda sintezator ifaçısı kimi çıxış edib. Famil adlı şəxslə Şəbnəmin aralarının pozulmasına da həmin icra başçısı ilə münasibəti səbəb olub.

Həmin icra başçısı ailəli olduğu üçün adını çəkməyi etik hesab etmirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.