Ölkə

"Ağdaşlılar dəli olublar"

25 İyun 2016 13:25
9 Şərh     Baxış: 4 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslən Ağdaşdan olan tanınmış yazıçı Xeyrəddin Qoca Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə varlıqlar barədə yayılan xəbərə münasibət bildirib.

Milli.Az bildirir ki, o, publika.az-a belə deyib: "Kənd camaatı dəli olub. Nə ruh, nə cin, nə şeytan? Bunlar hamısı cahil adamların uydurmasıdır. İki-üç nəfər xəstə təfəkkürlü adam qara paltar geyinib düşüblər kəndin içinə. Cəlil Məmmədquluzadənin əsərlərindəki personajlardır, 100 ildə dəyişən yalnız kostyumumuz olub. Təfəkkür dəyişməyib. 67 yaşım var, bu ruh var idisə, mənim gözümə niyə görünmür?" 
 
Qeyd edək ki, kənd sakinlərinin publika.az-a verdiyi məlumata görə, qeyri-adi varlıqlar ötən gecə yenidən görünüblər. Hətta onları görən bir qadın özündən gedib. Qəribə varlıqlar yenə də həyətlərə girərək gəziblər.
 
Sakinlərin sözlərinə görə, saqqallı və çox hündür olan bu varlıqları tutmaq üçün polis ötən gecə kənddə əməliyyat keçirəcək. Kənd sakinlərinə axşam 22:00-dan sonra küçəyə çıxmamaq tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.