Ölkə

Ərli qadınla eşq yaşayan şairi topa tutdular: "Əri bilsə, başını kəsər"

25 İyun 2016 13:29
22 Şərh     Baxış: 13 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərli qadınla sevgili olan şair Yafəs Türksəsin sosial şəbəkədə paylaşdığı statuslar şairin həmkarlarını qəzəbləndirib.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən həmkarları onu "yıxıb-sürüyüblər".
 
Şair Anar Vəziroğlu bunu "biabırçılıq" adlandırıb: "Bizim milli, dini dəyərlərimiz var, azərbaycanlıyıq. Get qıraqda beş arvad saxla, bunun kimə nə dəxli var, amma açıq-aşkar şəkildə bunu elan edib özünü öymək lazım deyil. Heç olmasa, elə et ki, bunu qonşun, qohumun, qardaşın, ailən, uşağın bilməsin. Bu, ən azı, övladlarına, həyat yoldaşına hörmətsizlikdir. Hesab edirəm ki, bu biabırçılıqdır. Tək o xanım deyil e, istənilən qadına aiddir, əri bilsə, başını kəsər". 
 
Şair Pünhaan İsmayıl evli kişinin ailəli qadınla eşq yaşamasının düzgün olmadığını deyib: "Yafəs bir dəfə də efirə çıxıb bunu camaata elan eləmişdi ki, ailəli qadınla sevgiliyəm. Söz yox ki, şairlər sevgilərə tez-tez tuş gəlirlər. Eşitdiyimə görə, o qadının əri bu sevdadan xəbərdar idi, hətta gərginlik də yaşanmışdı. Sən get xalqın arvadını sev, hələ üstəlik sosial şəbəkədə bunu camaata bəyan  elə, vallah, adam utanar belə şeydən. Bəs abır-həya, mentalitetimiz? Bu, çox pis örnəkdir, cavanlar ondan yaxşı nə götürəcəklər? Fikirləşəcəklər ki, elə arvadı evdə qoyum, gedim kiminsə xanımı ilə eşqbazlıq edim. Mən qəti şəkildə belə eşqbazlığın əleyhinəyəm". 
 
Şair Aydın Xan Əbilov fikrini klassik misra ilə əsaslandırdı: "Aldanma şair sözünə, əlbəttə, yalandır. Zaman-zaman belə sevgilər gizlin saxlanılıb, çünki Azərbaycan Şərq ölkəsidir, milli dəyərlərimiz var. Əslində sevgi bir dəlilikdir. Amma evli kişi ilə ailəli qadının sevgili olması qəbuledilməzdir. Bunu sosial şəbəkədə, ya efirdə elan etmək düzgün deyil. Qadın kimisə sevirsə, ərindən ayrılsın. Ümumiyyətlə, hər iki tərəf evlidirsə, boşansınlar, gedib birgə yaşasınlar. Yoxsa ki, birinin arvadı var, o birinin əri. Olmaz belə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.