Ölkə

AZTV-nin əməkdaşı iş başında öldü

25 İyun 2016 09:21
3 Şərh     Baxış: 2 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin diktoru iş başında dünyasını dəyişib.

Milli.Az anspress-ə istinadən bildirir ki, tanınmış diktor Bəxtiyar Şərifzadənin ötən gün axşam saatlarında iş başında qəfildən halı pisləşib. Dərhal təcili tibbi yardım çağırılıb. Lakin 55 yaşlı diktoru xilas etmək mümkün omayıb. 

İlkin məlumata görə, ölümə səbəb ürək tutması olub.

Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı, Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində də iştirak edib.

Bəxtiyar Şərifzadə Azərbaycan Dövlət Radiosunda 25 ildən artıq xidmət edib. 1988-cı ildən bəri radioda diktorluq edib. 

Mərhum bu gün dəfn ediləcək. Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.