Ölkə

Bakıda 2 şəxs özünü öldürmək istədi - YENİLƏNİB - FOTO

25 İyun 2016 09:52
2 Şərh     Baxış: 1 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:52

Bu səhər Bakıda intihara cəhd hadisəsi baş verib. Musavat.com xəbər verir ki, Hüseyn Cavid prospektində tikilməkdə olan 16 mərtəbəli binanın üstünə çıxan kişi özünü atacağı ilə hədələyib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin rəisi, polis əməkdaşları və FHN xilasediciləri cəlb ediliblər. Məlum olub ki, intihara cəhd edən şəxs 35 yaşlı Razi Məmmədovdur. O, intihara cəhdini binanın tikintisini aparan şirkətin rəhbərlərindən biri ilə arasındakı pul mübahisəsi ilə əsaslandırıb. Lakin Razi Məmmədov mübahisənin detalları ilə bağlı heç bir məlumat verməyib. Bircə onu deyib ki, uzun müddət Türkiyədə biznes fəaliyyəti ilə məşğul olub və sonradan Bakıya qayıdıb.

Yasamal Rayon Polis İdarəsinin rəisi intihara cəhd edən şəxsin yanına qalxıb və aparılan söhbətdən sonra onu intihar niyyətindən daşındıra bilib. Aşağı düşən Razi Məmmədov Polis İdarəsinə aparılıb.

Fakt araşdırılır.

------------

09:40

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda 2 nəfər intihara cəhd edib.

Milli.Az FHN-ə istinadən bildirir ki, bu barədə məlumat qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata görə, 2 nəfər Yasamalda tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 07:39-da başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.