Ölkə

Elşad Xose həbs olundu? - AÇIQLAMA

24 İyun 2016 19:52
2 Şərh     Baxış: 11 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən həbs olunmamışam. Telefonumu hamı bilir, zəng edib, maraqlanmayıb xəbər yazırlar. Bu xəbərləri haradan götürürlər, kim fikirləşir, necə yazılır başım çıxmır. 

Milli.Az bildirir ki, bu sözləri teleqraf.com-a açıqlamasında bu gün həbs olunması xəbəri yayılan rep ifaçısı Elşad Xose deyib. 

"Belə bir hadisə olsa, mən indi burada ola, sizinlə danışa bilməzdim. O xəbəri yazanda mənbəyi də qeyd etmək lazımdır. Hansısa idarə, bölmə açıqlama verməlidir. Bir sayt yazır ki, o biri saytın yazdığına görə... Belə xəbər yazarlar? Mən artıq belə xəbərlərə qeyri-ciddi yanaşıram. Tanınmış sayt deyilsə, fikir verməməyə çalışıram". 

Mediada yer alan xəbərə görə, Elşad Xoseni polislər saxlayıb. Hadisə iyunun 22-dən 23-nə keçən gecə Bakı şəhərində baş verib. Saxlanarkən Elşad Xosenin üzərində heroin maddəsinin aşkarlandığı iddia edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.