Ölkə

"Qəzaya düşən" müğənninin prodüseri: "Dönən zaman yandan..." - FOTO

24 İyun 2016 19:12
1 Şərh     Baxış: 5 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı xanım xanəndə Bahar Lətifqızının qəza xəbəri yayılıb.

Milli.Az olaraq məsələni dəqiqləşdirmək üçün müğənninin prodüseri Vəfa xanımla əlaqə saxladıq. Prodüserdən günorta saatlarında müğənninin telekanallardan birinə çəkilişə getdiyi zaman qəzaya düşüb-düşmədiyini soruşduq. Prodüser cavabında bildirdi ki, Bahar xanımın da olduğu maşın döndərkən yandan "krılo"nun kənarı cüzi sürtülüb: "Biz indi "Dünya TV"-də çəkilişdəyik. Hər şey superdir. Bahar xanımın vəziyyəti də əladır. Heç nə olmayıb. Yenə deyirəm, buna qəza demək də olmaz. Dönmə zamanı sürtüldü. Mənim şəxsi avtomobilimlə çəkilişə gəlmişik. Avtomobildə heç cızıq da yoxdur. Belə xəbərləri yayanları başa düşə bilmirəm".

Prodüser sözlərini təsdiq etmək üçün hətta telekanalda çəkiliş zamanı Bahar xanımın fotosunu da çəkib göndərdi:

Xatırladaq ki, portallarda Bahar Lətif qızının çəkilişə getdiyi zaman ağır yol qəzası keçirdiyi və vəziyyətinin pis olduğu ilə bağlı məlumat yayılmışdı.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.