Ölkə

Azərbaycanda hamilə qadına qoyulan səhv diaqnoz 2 can aldı - VİDEO - FOTO

24 İyun 2016 18:56
23 Şərh     Baxış: 12 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda daha bir ana və uşaq ölümü qeydə alınıb.

Milli.Az big.az-a istinadən bildirir ki, 27 yaşlı GünayHəşimova və uşağı həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib.

Bu haqda mərhumənin xalası qızı Nigar Dadaşov danışıb. O bildirib ki, Günay Həşimovanın ölümündə günahkar həkimlərdir.

Hamiləliyinin 6-cı aylığında Günay kəskin qarın ağrıları ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Analizin cavablarından sonra məlum olub ki, onun böyrəyində daş var. İki gündən sonra Günay Şəki şəhərinə gətirilib. Vəziyyəti daha da ağırlaşan gəlini bu dəfə Bakıya göndəriblər. Bildirilib ki, onun kor bağırsağı partlayıb və digər orqanları zədələyib. Nəticədə uşaq ölü doğulub.

Günay özü isə iyunun 14-də həyatını itirib. 

"Biz ümid edirdik, o sağalacaq. Yaşamaq istəyirdi özü də. Günayın ölümündə günahkar Şəki Şəhər Xəstəxanasının həkimi Ruziyə İsmayıl qızıdır. Hər insan səhv edə bilər. Amma həkimə bu hüquq verilmir. O, başqalarının həyatı ilə oynayır. Günaya hamiləlik dövründə səhv diaqnoz qoyulub. O, səhv müalicə olunub. Günayın və uşağının ölümündə günahkar onlardır", - deyə Nigar Dadaşova bildirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda hamilə qadına qoyulan səhv diaqnoz 2 can aldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.