Ölkə

Tikinti şirkətinə basqınla bağlı cinayət işi açıldı

23 İyun 2016 19:10
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 10-da Bakının Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Evrostroy-S" MMC-nin ofisinə basqın edilməsi ilə bağlı cinayət işi açılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə vəkil Vüqar Babayev məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb:

"Faktla bağlı cinayət işi başlansa da, hələlik məsuliyyətə cəlb edilən yoxdur. Şirkətə basqın edənlər, şirkətin iki əməkdaşını döyənlər məlumdur. Amma saxlanılan yoxdur".

Qeyd edək ki, "Evrostroy-S" MMC-nin ofisinə basqın edərək şirkətin inşa etdiyi binadakı obyektlərdən birini tələb edən və bu zaman onların bu tələbi ilə razılaşmayan "Evrostroy-S" MMC-nin meneceri vəzifəsində işləyən Bəxtiyar Təhməzovu və İlqar adlı şəxsi ölümcül döyərək ağır xəsarətlər yetirən idmançılardan ibarət qrupun iki üzvünün şəxsiyyəti müəyyən edilib.

Həmin şəxslərdən biri, dəstəyə başçılıq edən, cinayətkar aləmdə "Toto" ləqəbi ilə tanınan, kikboksinq döyüş növü üzrə idman ustası, dəfələrlə dünya və Avropa çempionu olan Qarayev Rafael Nüsrət oğludur. Basqında iştirak edən cinayətkar dəstənin digər iştirakçısı 2001-ci ildə Şəki şəhərində baş vermiş kütləvi iğtişaşlara görə həbs edilərək uzun müddət məhkumluq həyatı yaşamış Azad Lətifov adlı şəxsdir.

Qeyd edək ki, hadisə nəticəsində zərərçəkmiş şəxslərin hər ikisinin vəziyyəti ağır olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.