Ölkə

Lombard bəlası: Gecikdinsə, qızıl əldən getdi...

20 İyun 2016 21:42
1 Şərh     Baxış: 21 880

Milli.Az-a müraciət edən bir neçə oxucu lombarda qızıl girov qoyaraq pul götürdüklərini, lakin müəyyən problemlər üzündən aylıq ödəmədə təxminən 1-2 ay gecikmə olduğundan şirkətin həmin qızılları xəbərdarlıq etmədən götürüb satmasından şikayətlərini bildiriblər.

Bununla bağlı məsələyə hüquqi aydınlıq gətirən ekspert-hüquqşünas, vəkil Asif Abdullayev lombardla bağlı mövcud qanunvericiliyi belə izah edib:

"Girovun növlərindən biri də - əşyanın lombardda girovudur. Əşyanın lombarda girov qoyulması ilə bağlı ümumi qaydalar öz əksini Mülki Məcəllədə tapıb. Məcəllənin 302.8-ci maddəsinə əsasən, məbləğ müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə, yəni sata bilər. Bundan sonra lombardın girov qoyana, yəni borcluya qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Göründüyü kimi, şərtləşdirilmiş vaxtda borclu tərəfindən öhdəliyin icra edilməməsi girov qoyulmuş əşyanın satılmasına əsas verir".

İlkin İzzət

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Fedya · 21 İyun 2016 08:5200

    Xalqa gun ağlamaq lazımdır.Işlə təmin etmək lazımdır ki,istər kredit olsun istər lombard olsun borc göturulən pulu vətəndaş vaxtında qaytara bilsin.Yoxsa bir tərəfdən işi-gucu olmayan xalqa kredit verir sonrada yapışır boğazından ki,pulu qaytar.Iş olsa kredit kimin nəyinə lazımdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.