Ölkə

İlhamə Quliyevanın evindən nələr oğurlandı? - SİYAHI - YENİLƏNİB

16 İyun 2016 17:09
21 Şərh     Baxış: 14 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:09              

Xalq artisti İlhamə Quliyevanın evindən oğurluq edilməsi ilə bağlı sənətkarın oğlu Orxan Nadirov publika.az-a xəbəri təsdiqləyib:

"Əslində, bu, təzə xəbər deyil. Anam rəhmətə gedən gün evdən oğurluq olub, bu barədə hüquq mühafizə orqanları istintaq aparır. Çox şeylər aparılıb - külli miqdarda pul, qızıl, brilliant..."

O.Nadirovun kimdən şübhələndiyinə gəlincə, aldığımız cavab belə olub:

"Çox adamdan şübhələnirəm, o vaxt ortalıq qarışanda bu vəziyyətdən istifadə ediblər. Anamın ətrafında sənət adamlarından da çoxları olub".

-----------

15:17

"Mərhum xalq artisti İlhamə Quliyevanın evindən oğurluq olub".

Milli.Az bildirir ki, bunu lent.az-a açıqlamasında xalq artistinin bacısı Gülbahar Quliyeva deyib. O bildirib ki, artıq bu hadisəylə bağlı Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət olunub: "İlhamə Quliyeva dünyasını dəyişəndən sonra evdən bir çox əşyalar itdi. Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət etdim. Amma hələ bir cavab yoxdur. Evdən bir çox şeylər yoxa çıxıb. Nələrin itdiyini isə bir-bir açıqlamaq istəmirəm. Söhbət onun mirasından getmir. Biz gözləməmişik ki, İlhamə xanım ölsün, malı-mülkü bizə qalsın. Amma bu oğurluğun, pisliyin üstü açılmalıdır".

İ.Quliyevanın bacısı "bu oğurluğa görə kimdən şübhələnirsiniz?" sualına isə bu cür cavab verib: "Mən indi heç kəsin adını çəkmək istəmirəm. İlhamə xanımın evindən oğurluq edənləri gözümlə görüb, əlimlə tutmamışam. Prokurorluq, müstəntiq və dövlətimiz var. İş gedir. Qoy bütün bu işləri onlar müəyyən etsinlər". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.