Ölkə

Azərbaycanda tanınmış müğənni itkin düşdü - FOTO

16 İyun 2016 10:19
29 Şərh     Baxış: 26 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Afət Fərmanqızı yoxa çıxıb.

Milli.Az bildirir ki, ölkə.az-ın sənətçiyə yaxın şəxslərdən əldə etdiyi məlumata görə, onu iki gündür, yaxınları və məclis sahibləri axtarırlar:

"Afəti axırıncı dəfə iyunun əvvəlində bir məclisdə gördüm. Ondan sonra yoxa çıxıb. Deyilənə görə, xeyli adamdan da xınayaxdı məclisində iştirak üçün beh alıb".

Xatırladaq ki, Afət Fərmanqızı son illər daha çox xınayaxdı məclislərinin aparıcısı kimi tanınır.

Ölkə.Az-ın əməkdaşı yayılan xəbərlə bağlı sənətçinin özü ilə əlaqə saxlamağa çalışsa da, onun mobil nömrəsinə zəng çatmayıb.

Maraqlıdır ki, A.Fərmanqızı sosial şəbəkədəki sonuncu paylaşımını iki gün əvvəl, yəni deyildiyi kimi, yoxa çıxdığı gün edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.