Ölkə

Bakıda xanım şəhidimizin ruhuna hörmətsizlik - FOTO

14 İyun 2016 14:03
4 Şərh     Baxış: 16 510

Oxucuların Milli.Az-a bildirdiyinə görə, paytaxtın Nizami rayonunda Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış bir şəxsin  xatirəsinə hörmətsizlik edilir: "Nizami rayonu, Çobanzadə küçəsində, 109 saylı orta məktəbin yanında şəhid tibb bacısı Rəhilə Əli qızı Orucovanın xatirəsinə vaxtilə yaradılmış bulaq bərbad və natəmiz bir yerə cevrilib. Xahiş edirik, əlaqədar qurumlar baxıb utansınlar və ölçü götürsünlər".

Qeyd edək ki, Orucova Rəhilə Əli qızı 1965-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Tibb Məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Erməni terrorçu-separatçıları Azərbaycan torpaqlarını işğal etməyə, dinc insanları qətlə yetirməyə başlayanda o da müharibəyə qatılaraq, çiynində tibb çantası, əlində avtomat ərənlərimizlə çiyin-çiyin səngərlərdə, döyüş meydanlarında olub. R.Orucova Goranboy cəbhəsində onlarla döyüşçümüzə ilkin tibbi yardım göstərərək onları ölümün pəncəsindən xilas edib.

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Lala · 14 İyun 2016 14:0700

    biabırçılıq şəhidə belə hörmətsizlik olmaz.Hanı bu şəhərin icrahakimiyyəti

    Cavab yaz
  • Anonim
    ana · 14 İyun 2016 14:2900

    Ey xalqım şəhid ruhu göylərdə olar.Onların adını ruhunu məhəbbətlə yad etmək,hörmətlə yanaşmaq lazımdır.

    Cavab yaz
    • Anonim
      adalet kuliyev SOCAR · 16 İyun 2016 10:5700

      yoxsa belə yox.ayib olsun bunu bu günə qoyanlara.xaçes müharibədə olmuş öz satqinina heykəl qoyur bizimkilər isə belə laqeyidlik edir.

      Cavab yaz
  • Anonim
    Ceyhun · 15 İyun 2016 03:0600

    Cox heyif! Ar olsun onu edənlərə. Şəhidlərimizin xatirəsi hər zaman başımızın üzərində tac tək parlayacaq! ALLAH Sizlərə rəhmət etsin!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.