Ölkə

Zibilləri yandırırlar, üstümüzdən it iyi gəlir - VİDEO

6 İyun 2016 18:32
1 Şərh     Baxış: 15 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının bir-birinə qonşuluqda yerləşən Babək prospektindəki 78, Məhəmmməd Hadi küçəsindəki 130 və Süleyman Rəhimov küçəsindəki 15 saylı binalarının sakinləri Milli.Az-a müraciət edərək ərazidə tüstü və kül əlindən boğulmaq üzrə olduqlarını bildiriblər.

Onların sözərinə görə, hər gün axşam hava qaralan kimi 78 saylı binanın arxasında yerləşən zibilxanada zibillərə od vurulub yandırılır: "Külək alovun tüstüsü ilə yanaşı, yanmış zibilin küllərini də mənzillərə vurur. Məsələ ondadır ki, zibilxananın lap yaxınlığındakı istirahət üçün yerlər, köşklər var. Zibilin tüstüsü aləmi bürüyəndən sonra artıq heç kim oturub istirahət edib kiminləsə söhbətləşə bilmir. Elə bil tüstü ilə milçək qovurlar. Evə gedəndə üstümüzdən it iyi gəlir. "JEK" isə heç bir tədbir görmür".

Sakinlərin sorğusu əsasında Milli.Az əraziyə nəzarət edən 29 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət edib məsələyə aydınlıq gətirməyə çalışdı. Lakin gün ərzində dəfələrlə edilən zənglərə baxmayaraq 29 saylı MKİS-də telefonu qaldırıb cavab verən tapılmadı...

Pünhan Mirzə
Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Zibilləri yandırırlar, üstümüzdən it iyi gəlir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.