Ölkə

Samiraldo: "Samir Bağırov dostluq etməyi bacarmır"

3 İyun 2016 12:52
4 Şərh     Baxış: 7 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stilist Samiraldo (Samir Əliyev) bir müddət öncə dostluq etdiyi müğənni Samir Bağırov haqda söz açıb.

Milli.Az bildirir ki, sia-ya açıqlama verən  Samiraldo ifaçı haqda inanılmaz fikirlər söyləyib: "Bildiyiniz kimi, Samir Bağırovla uzun illər dostluq etmişəm. Artıq 1 ildir ki, onunla danışmıram. Çünki xoşuma gəlməyən hərəkətləri çox oldu. Samir dostluq etməyi bacarmır. Amma mən ona hər zaman yaxşı olmuşam. Onun pisliyini istəməmişəm. S.Bağırov mənimlə maraqlanmayandan sonra ona necə dost deyə bilərəm? Samir bir-iki dəfə xalq artisti Aygün Kazımovayla efirə çıxdı. Düşündü ki, yenidən tamaşaçıların sevgisini qazana biləcək. Amma heç nə istədiyi kimi olmadı. Artıq Samirlə münasibətlərimi kəsmişəm. Onun haqqında da maraqlanmıram". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.