Ölkə

Azərbaycandan dollar daşıyan qaçaqmalçı saxlanılıb

1 İyun 2016 11:38
0 Şərh     Baxış: 1 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Külli miqdarda xarici valyutanın qaçaqmalçılıq yolu ilə Azərbaycandan çıxarılmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Milli.Az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanın qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.

İdarəyə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyutanın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması barədə əməliyyat məlumatı daxil olub. Əməliyyat məlumatına əsasən, Bakı-Dubay aviareysi ilə gedən sərnişin, Azərbaycan Respublikası vətəndaşı gömrükçülər tərəfindən nəzarətə götürülüb. Gömrük və sərhəd nəzarətindən keçən Azərbaycan Respublikası vətəndaşı gömrükçülər tərəfindən saxlanılaraq mütləq qaydada bəyan etməli olduğu mallar barədə şifahi sorğu-sual edilib. Həmin şəxsin qeyri-səmimi cavabları və hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan əl yükündə və üzərində müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsə məxsus bel çantasının cibindən bəyan etmədən gömrük sərhədindən keçirməyə cəhd göstərdiyi 396 ədəd hər biri 100 ABŞ dolları nominalında, şəxsi yoxlama zamanı isə əynindəki şalvarın sağ cibindən 8 ədəd hər biri 100 ABŞ dolları nominalında olmaqla cəmi 40 400 ABŞ dolları aşkar edilərək hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

DGK-dan saxlanılan şəxsin kimliyi barədə hələlik məlumat verilmir.

Pünhan Mirzə

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.