Ölkə

"Mingəçevir su anbarında suyun səviyyəsi artarsa...." - TƏHLÜKƏ

31 May 2016 17:17
0 Şərh     Baxış: 1 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir su anbarı respublikada olan əsas strateji obyektlərdən biridir. Su anbarının öz ərazisində və ətrafında seysmik ocaqlar mövcuddur.

Milli.Az bildirir ki, bunu lent.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, respublikada olan seysmik stansiyalar bu ərazidəki seysmikliyin monitorinqini aparmağa imkan verir. Lakin hövzədə suyun səviyyəsinin artımı bəzən seysmikliyin artımına səbəb olur.
 
Bu prosesə nəzarət məqsədilə belə iri su hövzələrinin ətrafında seysmik müşahidə şəbəkəsi sıxlaşdırıla, suyun səviyyəsini tənzimləməklə seysmik aktivliyin artımının və mümkün olan güclü zəlzələlərin baş verməsinin qarşısı alına bilər. 
 
Mərkəz direktoru qeyd edib ki, Mingəçevir su hövzəsi ətrafında belə sıx müşahidə şəbəkəsinin yaradılmasına və hövzənin seysmikliyinə nəzarət sisteminin yaradılmasına ehtiyac var.
 
Xatırladaq ki, bu yaxınlarda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mətbuata açıqlamasında Mingəçevir su anbarının torpaq dambalarında su sızması müşahidə olunduğunu deyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.