Ölkə

Pensiyalar yeni prinsip ilə hesablanacaq

31 May 2016 14:38
Baxış: 14 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nazirlər Kabineti pensiya inkişafı konsepsiyasına müvafiq olaraq qanun layihəsini hazırlayıb və yaxın vaxtlarda onu Prezident Administrasiyasına təqdim edəcək".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə "2015-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, qanunun əsaq məqsədi pensiyaların yığılmış pensiya kapitalı hesabına formalaşdırılmasıdır ki, hər bir kəs qazandığı vəsaitlərə müvafiq olaraq pensiya ala bilsin.

Diplomatların pensiyalarının artımı məsələsinə gəlincə, S.Şərifov qeyd edib ki, Maliyyə Nazirliyi bu məsələyə baxa bilər, lakin diplomatların pensiyaları ilə bağlı məsələ elə də acınacaqlı deyil: "Maliyyə Nazirliyi diplomatların pensiyalarının hesablanması üzrə xüsusi təklifi Xarici İşlər Nazirliyinə göndərib, lakin XİN indiyədək ona reaksiya verməyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.