Ölkə

"Yaxşı ki, ölkədə sevişmə səhnələrinə icazə vermirdilər..."

31 May 2016 13:29
1 Şərh     Baxış: 1 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xalq artisti, aktrisa Elmira Şabanova son vaxtlar ekranlardan uzaq düşməsinə aydınlıq gətirib.

Milli.Az bildirir ki, aktrisa qafqazinfo-ya açıqlamasında səhhətinin yaxşı olduğunu, Azərbaycanda kino sənətinə ürəyinin ağrıdığını deyib:

"Ürəyim kino üçün ağrıyır. Mən kinolara daha çox çəkilmişəm. Bu sənəti sevirəm. Hər bir uğurlu filmə görə sevinirik. Bir çox seriallara çağırıblar, özüm getməmişəm. O qədər yazıçılarımız, ssenaristlərimiz var ki... Təəccüb edirəm ki, onlar serial üçün niyə heç nə yazmırlar? Ssenarilərə baxırsan, dəhşətə gəlirsən. Bir dənə ortaya çıxaracağımız mövzu yoxdur.

Axı biz gələcək nəslə nə ötürəcəyik? Avropa və ABŞ-dan boş şeylər öyrəniblər. Vurub-yıxmaq, öldürmək kimi səhnələri ekranda çox təbliğ edirlər. Hətta bir neçə gün əvvəl bir seriala baxdım, dəhşətə gəldim. Cavan qız uşağı oğurlayır, sonra öldürür. Azərbaycan xanımı heç vaxt belə bir şey etməz. O qədər problemlər var ki..."

E. Şabanova seriallarda xalq artistlərinin itib-batdığını söyləyib:

"Efirlərə çoxdandır ki, çıxmıram. Kanalların hamısı məndən inciyiblər. Yaxşı serial və obraz olsa, gedib çəkilərəm. Elə seriallar var ki, xalq artistləri oynayır, ancaq həmin ekran işində itib-batırlar. Mən belə şeylərdən qorxuram. İstəmirəm ki, imicimi yerə vurum".

Xalq artisti seriallarda açıq-saçıq səhnələrin bayağı şəkildə göstərildiyini bildirib:

"Əvvəllər açıq-saçıq səhnələrə icazə yox idi. Yadıma gəlir ki, o vaxtlar həmin filmlərdən gətirilirdi. Yalnız kino işçiləri o filmlərə baxa bilərdi, adi vətandaşlara icazə vermirdilər. İndi öpüşmə, qucaqlaşma və seks səhnələri çoxdur. Həmin səhnələrə baxanda insan iyrənir. O vaxtlar yaxşı ki, belə filmlərə icazə vermirdilər. Əvvəl tərbiyəvi filmlər üstünlük təşkil edirdi. Məhəbbət mövzulu kinolar daha çox idi. Anaya, dostluğa, vətənə məhəbbət əsas idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.